Üç futbolçumuz U-17-də
Xəbərlər / 20 İyul 2022 | 13:34154
Üç futbolçumuz U-17-də

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesinə “Qəbələ”nin üç oyunçusu da çağırılıb. Bunlar Həbib Hüşənov, Allahverdi Rəhimov və İlkin Budaqovdur.

Yığmamız iyulun 22-dən 31-dək Qəbələdə hazırlıq keçəcək. Toplanış çərçivəsində millimiz iki yoldaşlıq oyunu keçirəcək. U-17 iyulun 26-da və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.