“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Həbib Hüşənov, Ömər Kərimov və Ziya Şəkərxanovun yer aldığı 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışında olacaq.
Yığmamız oktyabrın 24-dən 26-dək Bakıda, oktyabrın 27-dən noyabrın 1-dək isə Monteneqronun paytaxtı Podqoritsada hazırlıq keçəcək. U-18 toplanış çərçivəsində oktyabrın 29-da və 31-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununa çıxacaq.