“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Rəvan Poladlı, Ömər Kərimov və Ziya Şəkərxanovun heyətində yer aldığı 18 yaşadək futbolçulardan ibarət yığmamız təlim-məşq toplanışı keçirəcək.
Hazırlıq prosesi noyabrın 25-dən dekabrın 1-nə qədər təşkil olunacaq. Millinin təlim-məşq toplanışı Qəbələdə baş tutacaq.