19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesində “Qəbələ”nin üç oyunçusu iştirak edəcək. Bunlar İbrahim Ramazanov, Samir Agayev və Şahin Şahniyarovdur.
Toplanışa bu gün start verəcək yığma avqustun 20-dək Bakıda, 20-dən 26-dək isə Bosniya və Herseqovinada hazırlaşacaq. U-19 təlim-məşq toplanışı çərçicəsində avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.