Üç futbolçumuz U-19-da
Xəbərlər / 12 Sentyabr 2022 | 15:56166
Üç futbolçumuz U-19-da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. U-19-un hazırlıq prosesinə “Qəbələ”nin üç oyunçusu dəvət alıb. İbrahim Ramazanov, Samir Agayev və Şahin Şahniyarov sentyabrın 14-dən 17-dək Bakıda hazırlıq keçəcək komandada yer alacaq. Bakı toplanışından sonra Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yekun heyət müəyyənləşəcək. 

Xatırladaq ki, millimiz sentyabrın 18-dən 28-dək Bolqarıstanın Albena şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq.