20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Qəbələ”nin üç futbolçusu U-20 yığmasına çağırılıb. Həbib Hüşənov, Ziya Şəkərxanov və Rəvan Feyziyevin heyətində yer aldığı millimiz mayın 25-dən iyunun 10-dək təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi Qəbələdə baş tutacaq.