Üç futbolçumuz U-21-də
Xəbərlər / 2 Oktyabr 2020 | 16:26176
Üç futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç oyunçusu yığmaya çağırılıb. Bunlar Rüfət Əhmədov, İdris İnqilablı və Rövlan Muradovdur. Onlar millinin Avropa çempionatının seçmə mərhələsinin Slovakiya ilə oktyabrın 8-də, Gürcüstanla 13-də keçiriləcək oyunlara dəvət alıb.