21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç üzvü yığmaya çağırılıb. Bunlar Nicat Mehbalıyev, Rüfət Əhmədov və Emil Səfərovdur. Millimiz Avropa çempionatının seçmə mərhələsində iyunun 3-də Estoniya, 7-də Finlandiya, 14-də isə Norveçlə qarşılaşacaq.
Xatırladaq ki, mayın 30-dan iyunun 8-dək Bakıda təlim-məşq toplanışında olacaq 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə də “Qəbələ”nin üç oyunçusu qatılıb. İyunun 5-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq yığmanın hazırlıq prosesində Süleyman Damadayev, Rauf Rüstəmli və Mehrac Baxşəli iştirak edir.