Üç futbolçumuz U-21-də
Xəbərlər / 18 Sentyabr 2022 | 23:39214
Üç futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç futbolçusu yığmaya çağırılıb. Bunlar Süleyman Damadayev, Emil Səfərov və Mehrac Baxşalıdır.

Yığmamız beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Bakıda sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova ilə qarşılaşacaq. Millimiz sentyabrın 19-dan 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.