Üç futbolçumuz U-21-də
Xəbərlər / 13 Noyabr 2022 | 20:581369
Üç futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç futbolçusu yığmaya çağırılıb. Bu oyunçular İbrahim Ramazanov, Süleyman Damadayev və Emil Səfərovdur.

Millimiz noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. U-21 noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.