“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Şahin Şahniyarov, Süleyman Damadayev və Eşqin Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıblar.
Yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq. Komanda sentyabrın 2-dən 10-dək təlim-məşq toplanışında olacaq. U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.