“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Şahin Şahniyarov, Süleyman Damadayev və Eşqin Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıblar.
Yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə yığması ilə qarşılaşacaq. Oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 ayın 8-də Şimali İrlandiyaya yola düşəcək.