Üç futbolçumuz U-21-də
Xəbərlər / 20 Mart 2026 | 15:0030
Üç futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

“Qəbələ”nin futbolçuları Eşqin Əhmədov, Nuğay Rəşidov və Şahin Şahniyarov da U-21-ə dəvət alıb. Onların heyətində yer aldığı yığmamız martın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

 

U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək, ertəsi gün Bolqarıstana yollanacaq. Komandamız martın 31-də isə Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaq.