UEFA Gənclər Liqasında mövsüm ləğv edildi
Xəbərlər / 17 Fevral 2021 | 23:02193
UEFA Gənclər Liqasında mövsüm ləğv edildi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının mübarizə aparmalı olduğu UEFA Gənclər Liqasının 2020/21 mövsümü ləğv edilib. Bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib. Qurum koronavirus pandemiyasına görə gənc futbolçuların sağlamlığını nəzərə alaraq müvafiq addım atıb. Öncə turnirin formatını dəyişən UEFA yarışın təşkil olunmamasını daha məqsədəuyğun sayıb. 

“Qəbələ” turnirə Çempionlar yolunun 1/32 finalından başlamalı idi. “Qırmızı-qaralar”ın martın 4-də Şimali Makedoniyada “Şkendiya” klubu ilə görüşü nəzərdə tutulmuşdu. Turnir ləğv edildiyindən bu qarşılaşma keçirilməyəcək.