Uğurlar, Emil Səfərov
Xəbərlər / 30 İyun 2024 | 00:02212
Uğurlar, Emil Səfərov

“Qəbələ” futbolçu Emil Səfərovla yollarını ayırıb. Klubumuzun akademiyasının yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi karyerasını “Neftçi”də davam etdirəcək.

 

Əsas komandada 2021/22 mövsümündə debüt edən Səfərov “Qəbələ” forması ilə çıxdığı 93 matçda 5 qol vurub. O, Premyer Liqada 76 (4 qol), ölkə kubokunda 14 (1 qol), avrokuboklarda 3 oyunda iştirak edib. Emil “qırmızı-qaralar”la 2022/23 mövsümündə Azərbaycan kubokunun qalibi olub.


Qəbələ” İdman Klubu Emil Səfərova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.