Uğurlu seriyaya Qəbələdə son qoyuldu - Fotoreportaj
Xəbərlər / 27 Sentyabr 2014 | 14:04184
Uğurlu seriyaya Qəbələdə son qoyuldu - Fotoreportaj

“Qəbələ” 0-3 “Xəzər Lənkəran”
(Bəhruz Teymurov, 12; Elsevər Bəkirzadə, 58 (p); Vəzir Musayev, 62 (öz qapısına)

Bu gün əvəzedicilərin Azərbaycan çempionatında VII tura yekun vurulub. “Qəbələ” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. Bu oyuna qədər ardıcıl 5 qələbə qazanan “qırmızı-qaralar” liderliyə yüksəlmək imkanına malik olub. Belə ki, qazanılacaq 3 xal Luis Araqonun yetirmələrinin turnir cədvəlinin ən yüksək pilləsinədək irəliləməsinə imkan verəcəkdi. 
Lakin əvəzedicilər bunun öhdəsindən gələ bilməyib. Cari mövsüm evdə keçirdiyi bütün oyunlarda qalib gələn komanda öz meydanında ilk məğlubiyyətini alıb – 0:3. Oyunun əvvəlində qol buraxan “qırmızı-qaralar”ın hesabda tarazlıq yaratmaq cəhdləri boşa çıxıb. Fasilədən sonra isə qonaqlar əvvəl penaltidən fərqi artırıb. Ardınca vurulan avtoqol “Qəbələ”nin böyükhesablı məğlubiyyətini rəsmiləşdirib.
Beləliklə, mövsümdə 2-ci məğlubiyyətini alan “Qəbələ” 7 oyundan sonra aktivindəki 15 xalla 2-ci pillədə qərarlaşıb.

 
 1  İnter  7
 5  1  1  20-11  16
 2  Qəbələ  7  5  0  2  11-9  15
 3  Simurq
 6  4  1  1  16-7  13
 4   Xəzər Lənkəran  7  4  1  2  15-8  13
 5  Qarabağ  6  4  0  2  12-10  12
 6  Neftçi  6  2  1  3  9-8  7
 7  Bakı  6  2  0  4  13-12  6
 8  AZAL  6  1  2  3  5-9  5
 9  Araz-Naxçıvan  6  1  1  4  9-16  4
 10  Sumqayıt  7  0  1  6  7-27  1