Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Qəbələ” - “Simurq” (0:3) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bizim üçün uğursuz gün oldu. Hətta buraxdığımız qolları analiz etmək belə çətindir. Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir. Düzdür, bizim qol vurmaq şanslarımız da oldu. Amma yararlana bilmədik. Düşünürəm ki, futbolçularım “Qarabağ”la oyundan sonra oyuna köklənə bilməmişdilər. Futbolçular həlledici anda düzgün qərar verə bilmirdilər”.