Universiadada 2-ci medal
Taekvondo / 26 Avqust 2017 | 11:29779
Universiadada 2-ci medal

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının mükafatçısı olub. İdmançımız yarışın son günündə fərqlənib. 63 kq çəki dərəcəsində çıxış edən Məmmədov Universiadanın bürünc mükafatına sahib çıxıb. Taekvondoçumuz 1/16 finalda meksikalı Edqar Porras Reyesi 21:5, 1/8 finalda Tay Tin Vinqi (Honq Konq) 29:9, 1/4 finalda isə braziliyalı Venilton Torres Teyxeiranı 24:12 hesabı ilə məğlub edib. Bununla da yarımfinala yüksələn Məhəmməd finalın bir addımlığında iranlı rəqibi Mirhaşem Hosseyniyə uduzub (9:19) və yarışın bürünc mükafatçısı olub.
Xatırladaq ki, Universiadada çıxış edən digər taekvondoçumuz Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çempion adına yiyələnib.