Çexiyanın paytaxtı Praqada kişi cüdoçuların Avropa kubokuna yekun vurulub. Yarışda çıxış edən Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun təmsilçisi Uşangi Kokauri də tatami üzərinə çıxıb. +100 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışı fəxri kürsüdə başa vurmağı bacarıb. İlk qarşılaşmada qazaxıstanlı Dauren Nuralinovu məğlub edən təmsilçimiz ardından monqolustanlı Temuulen Battulqaya yenilib. Təsəlliverici görüşdə fransalı Hamza Ouçanini üstələyən Kokauri bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bu görüşdə ukraynalı Andrey Kolesnikə qalib gələn Uşangi Avropa kubokunu 3-cü yerdə başa vurub.