Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazandı
Cüdo / 26 Sentyabr 2018 | 18:032106
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşanqi Kokauri dünya çempionatının gümüş mükafatını qazanıb. 26 yaşlı idmançımız Bakıda keçirilən turnirdə fərdi yarışların son günündə tatamı üzərinə çıxıb. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan Kokauri Milli Gimnastika Arenasında təşkil olunan çempionata ikinci mərhələdən start verib. Belarus təmsilçisi Vladislav Tsiarpitski və polşalı Matsey Sarnaçkini məğlub edən idmançımız 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuz bu mərhələdə çexiyalı Lukaş Kpraleklə qarşılaşıb. 2014-cü ilin dünya, 2016-cı ilin Olimpiya, 2018-ci ilin Avropa çempionu ilə mübarizədə də qalib gələn Uşanqi yarımfinala yüksəlib. Təmsilçimiz finala vəsiqə uğrunda qarşılaşmada özbəkistanlı Bahmurod Oltiboyevlə üz-üzə gəlib. Rəqibini 25 saniyəyə məğlub edən Uşanqi finala yüksəlib. Qızıl medal uğrunda qarşılaşmada onun rəqibi Gürcüstan idmançısı Quram Tuşişvili olub. Bu dəfə məğlub olan təmsilçimiz dünya çempionatını 2-ci pillədə başa vurub.

Xatırladaq ki, “Qəbələ”nin dünya çempionatına qatılan digər cüdoçusu Kəramət Hüseynov 60 kq çəki dərəcəsində 5-ci yeri tutub.