«Üstün oyunda məğlub olmaq çox üzücüdür»
Xəbərlər / 12 Sentyabr 2015 | 18:09144
«Üstün oyunda məğlub olmaq çox üzücüdür»

Topaz Premyer Liqasının IV turunun “İnter” - “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür. Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıdan gələn PAOK oyununa hazırlaşmalıyıq".