Misli Premyer Liqasının III turunun “Qəbələ” – “Şamaxı” oyunundan (0:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini bildirib:
“İlk 15 dəqiqədə yaxşı təsir bağışladıq. Lakin sonluq yox idi. Akinade yaxın məsafədən fərqlənə bilərdi. Bizim oyun sistemimizdə vingerlər - Meşak və Bruno Silvadan çox şey asılıdır. Təəssüf ki, bu gün Bruno özünü yaxşı tərəfdən göstərə bilmədi. İkinci hissədə 4-4-2 sisteminə keçdik. Təzyiq göstərməyə başladıq, təhlükəli vəziyyətlər yaratdıq. Üstünlüyə malik olsaq da, dəyərləndirə bilmədik. Çox vacibdir ki, yeni futbolçular oyunun məqsədini başa düşsünlər. Brunonun itkiləri çox oldu və bu, oyuna təsir göstərdi”.