«Vacib olan komanda oyunu göstərməyimiz idi»
Xəbərlər / 23 İyul 2015 | 19:09147
«Vacib olan komanda oyunu göstərməyimiz idi»

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qəbələ” - “Çukariçki” (Serbiya) matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Oyunu izləməyə gələn bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Dəstəyə böyük ehtiyacımız var idi. Sevindirici haldır ki, bü gün stadionda təkcə "Qəbələ" azərkeşləri bizi dəstəkləmirdi. Burada bütün Azərbaycan birləşmişdi. Bu da Azərbaycan xalqının gücünü və gözəlliyini göstərir. Bu mənim hədsiz xoşuma gəldi. Azarkeşlərimizin dəstəyini görəndən sonra onların ümidlərini doğrultmamaq ehtimalından qorxurdum. Sevinirəm ki, hər şey istədiyimiz kimi bitdi. Bir daha bütün azarkeşlərimizə, stadiona gəlib bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəmYaxşı oyun göstərdik. Deməzdim ki, oyunumuz ideal idi. Amma taktiki cəhətdən ağıllı oynayıb, daha hərəkətli olduq, xarakter nümayiş etdirdik. Komandamızın meydana ancaq qələbə qazanmaq üçün çıxdığı hiss olunurdu. Mənim üçün vacib olan komanda oyunu göstərməyimiz idi. “Çukariçki” ilə cavab qarşılaşmasında meydanda əsl komanda var idi”.