Artıq 2013-2014 mövsümünün hazırlıqlarına başlayan “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Təcrübəli müdafiəçi, Azərbaycan milli komandasının üzvü Vladimir Levin ilə 2 illik müqavilə imzalanıb.
Peşəkar futbolçu karyerasına 2001-ci ildə Ukraynada – Odessa “Çernomorets”ində start verən Levin sözügedən komandada 2005-ci ilə qədər top qovub. 2005-ci ildə isə Levin Bakı “İnter”inə transfer olunub və “Qəbələ”yə keçidinədək paytaxt təmsilçisinin heyətində yer alıb.
Azərbaycan yığmasının şərəfini qoruyan Vladimir Levin milli komandanın heyətində 22 oyun keçirib.
Xatırladaq ki, futbolçunun müqaviləsi iyul ayının 1-dən qüvvəyə minəcək.