Topaz Premyer Liqasının XXII turunun rəmzi komandası müəyyənləşib. “Qəbələ” turun “11-liy”ində bir futbolçu ilə təmsil olunub. “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan komandaya Voislav Stankoviç daxil edilib. O, mövsümdə 5-ci dəfə rəmzi komandaya düşüb.