Vüqar Ağabəyov Azərbaycan birinciliyinin qalibi adını qazandı
Xəbərlər / 17 Aprel 2016 | 17:11153
Vüqar Ağabəyov Azərbaycan birinciliyinin qalibi adını qazandı

Atıcılıq üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkil etdiyi yarışlarda “Qəbələ” Atıcılıq Klubunun yetirmələri də mübarizə aparıblar. İdmançılarımızla yanaşı, Azərbaycan Atıcılıq Federasiyası, “Neftçi” İdman Klubu, “Spartak” İdman Cəmiyyəti, Daxili İşlər Nazirliyinin İdman Klubu, Stend Atıcılığı Məktəbinin təmsilçilərinin də mübarizə apardığı birincilik iki gün davam edib. “Qəbələ” Atıcılıq Klubunun tələbəsi Vüqar Ağabəyov yarışı ən yüksək pillədə başa vurub. O, pnevmatik tüfənglə atəş açmaqda respublika birinciliyinin qalibi adına layiq görülüb. Atıcımız buna 538 xal toplamaqla nail olub.