Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Vüqar Kərəmov növbəti döyüşünü keçirəcək.
MMA döyüşçümüz “Rizin Landmark 11” turnirində iştirak edəcək. 71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə üz-üzə gələcək. İyunun 14-də keçiriləcək döyüş Yaponiyanın Sapporo şəhərində baş tutacaq.
Döyüşə hazırlığı BƏƏ-nin Dubay şəhərində gerçəkləşdirən Kərəmov Asiyada 3 həftəlik toplanışda olacaq. İdmançımız mayın 25-də Bakıya qayıdaraq hazırlığı davam etdirəcək. O, iyunun 10-da Yaponiyaya yollanacaq.
Qeyd edək ki, Vüqar “Rizin” çərçivəsində keçirdiyi 9 görüşdə 6 qələbə qazanıb. Kimura 5 döyüşün hamısında qalib gəlib.