2023-2024-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə iki yeni futbolçu qatıb. “Qırmızı-qaralar” israilli legionerlər Osama Xalayla və Gilad Abramovun keçidini gerçəkləşdirib.
Osama ilə 1+1, Giladla 2 illik müqavilə imzalanıb. Xalayla peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 25 yaşlı hücumçu 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama 2021-ci ildə əsas millidə debüt edib.
Abramov 2018/19 mövsümündən “Hapoel” (Hadera) klubunda forma geyinib. 23 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi son 5 mövsümdə 118 oyunda 5 qol vurub.