Xalayladan dubl, «Qəbələ»dən məhsuldar heç-heçə
Xəbərlər / 17 Sentyabr 2023 | 18:341727
Xalayladan dubl, «Qəbələ»dən məhsuldar heç-heçə

“Turan Tovuz” – “Qəbələ” – 2:2

17 sentyabr 2023. Saat 16:30. Tovuz şəhər stadionu, 4000 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Asiman Əzizli

Dördüncü hakim: Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Sarı vərəqələr: Veysəl Rzayev, 45+2 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 62 (qeyri-idman hərəkəti); Belajdi Pusi, 73 (qeyri-idman hərəkəti) // Rauf Hüseynli, 37 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 62 (qeyri-idman hərəkəti); Osama Xalayla, 73 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Xaqani Məmmədov, 30, 30 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Xaqani Məmmədov, 30

Qollar: Fərid Nəbiyev, 56; Belajdi Pusi, 59 // Osama Xalayla, 71, 78 (p.)

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Qəbələ” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” milli komandaların matçları ilə əlaqədar fasilədən sonra ilk sınağına səfərdə çıxıb. Komandamız “Turan Tovuz”un qonağı olub.

Oyunun ilk yarısı qarşılıqlı hücumlarla keçib. “Qəbələ” topa daha çox nəzarət etməyə çalışıb. Lakin “qırmızı-qaralar” rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkib. Meydan sahiblərinin qol imkanları olsa da, müdafiəçilər etibarlı oynayıb. Bir neçə epizodda isə Rəşad Əzizli hesabın açılmasına imkan verməyib.

İkinci hissə məhsuldar alınıb. Fasilədən az sonra meydan sahibləri qısa müddətdə iki qol vurub. Məğlub duruma düşən “Qəbələ” oyunda dönüş yaratmağa nail olub. Osama Xalayla öncə Əyyub Allaşın ötürməsini qola çevirib. Az sonra penaltini dəqiq yerinə yetirən Xalayla dublunu rəsmiləşdirib – 2:2. Hesabda tarazlıq yarandıqdan sonra hər iki komanda qələbə qolu üçün hücumlar qursa da, Tovuzdakı matçda qalib müəyyənləşməyib. Beləliklə, “Qəbələ” mövsümdə ilk heç-heçəsinə Tovuzda imza atıb – 2:2.

 

“Turan Tovuz”

13. Aydın Bayramov

3. Tərlan Quliyev

4. Şəhriyar Əliyev (k)

88. Faiq Hacıyev

(2. Sertan Taşkın, 90)

99. Veysəl Rzayev

(8. Piruzi Marakvelidze, 68)

23. Alexandro Serrano

25. Denis Marandiçi

6. Bruno Qonçalves

9. Belajdi Pusi

(7. Luis Paçu, 79)

11. Ayxan Quseynov

(77. Fərid Nəbiyev, 46)

79. Martin Petkov

(80. Otto Con, 79)

 

Ehtiyat oyunçular:

 

1. Tərlan Əhmədli

85. Kamal Bayramov

14. Slavik Alxasov

18. Budaq Nəsirov

10. Xəyal Nəcəfov

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Qəbələ”

1. Rəşad Əzizli

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

(28. Murad Musayev, 32)

14. Ülvi İsgəndərov

(72. Osama Xalayla, 63)

5. Rauf Hüseynli

7. Emil Səfərov

20. Bilel Auaşeriya

(19. Samuel Tetteh, 63)

4. Lukas Afriko

99. Ahmed Ayzaya

9. Əyyub Allaş

10. Omar Hani

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

3. Zurab Oçiqava

17. Yaovi Akakpo

8. Gilad Abramov

 

Məşqçi: Xaqani Məmmədov