Taekvondo üzrə “Ukraine Open” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan milli komandasının heyətində yarışa qatılan “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda uğurla çıxış edib. Ukraynanın Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən G-1 kateqoriyalı turnirdə iki idmançımız fəxri kürsüyə yüksəlməyi bacarıb. Məcid Sofiyev 54 kq və Məhəmməd Məmmədov 68 kq çəki dərəcəsində yarışı 3-cü pillədə başa vuraraq, “Ukraine Open” beynəlxalq turnirinin bürünc medalına yiyələnib.