“Qəbələ” Futbol Akademiyasına seçilmək istəyirsiniz?
Xəbərlər / 20 May 2024 | 16:461121
“Qəbələ” Futbol Akademiyasına seçilmək istəyirsiniz?

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edir. Seçimlər Qəbələ şəhər stadionunda iyunun 2-də 2009-13-cü il təvəllüdlü futbolçular arasında keçiriləcək. 

 

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlamalıdırlar.

 

Tel: 050 290 00 63

 

Seçim tarixi: 

 

2 iyun – 2009, 2010, 2011, 2012, 2013-cü il təvəllüdlü futbolçular 

 

Seçimlər saat 11:00-da Qəbələ Şəhər Stadionunda başlayacaq.

 

Qeyd edək ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 

 

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl.

Qələbəyə “Qəbələ” ilə addımla!!!