U-17-dən böyükhesablı qələbə
Xəbərlər / 30 Aprel 2024 | 16:59866
U-17-dən böyükhesablı qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında çıxış edən U-19 “Səbail”lə görüşdə 1:0 hesablı qələbə qazanıb. 27 matçda 59 xal toplayan komandamız 3-cü pillədə qərarlaşıb. U-17 evdə UFA-nın qapısından 5 cavabsız top keçirib. 29 görüşdə 49 xal yığan “Qəbələ” 5-ci yerdədir. 

 

U-16 səfərdə “Neftçi” PFK-ya uduzub – 1:4. 26 matçda 35 xal yığan “qırmızı-qaralar” turnir cədvəlində 9-cudur. EFA ilə görüşən U-15 bir xal qazanıb – 2:2. Keçirdiyi 27 oyunda 50 xal toplayan “Qəbələ” 6-cı pillədə yer alıb.