Nəriman Abbasovun Almatı sınağı
Xəbərlər / 17 May 2024 | 23:311054
Nəriman Abbasovun Almatı sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov sabah növbəti döyüşünü keçirəcək. İdmançımız “Naiza Fighting Championship” və "AMC Fight Nights"ın çempionluq kəməri uğrunda görüşündə qüvvəsini sınayacaq.

 

Yüngül çəkidə mübarizə aparan Nəriman Almatıda keçiriləcək döyüşdə Qazaxıstan təmsilçisi Fanil Rafikovla üz-üzə gələcək. Görüş 5 raunddan ibarət olacaq. Qarşılaşmadan bir gün öncə idmançıların çəki mərasimi keçirilib.

 

Xatırladaq ki, Abbasov peşəkar karyerasında 34-cü döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. İdmançımızın rəqibi isə 28 qarşılaşmada 22 dəfə qalib gəlib.