“Qəbələ” – “Araz-Naxçıvan”: 7-ci duel
Xəbərlər / 18 May 2024 | 10:281063
“Qəbələ” – “Araz-Naxçıvan”: 7-ci duel

“Qəbələ” Misli Premyer Liqasının XXXV turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Bu, komandalar arasında 7-ci duel olacaq. Qəbələ şəhər stadionundakı görüşə qədər rəqiblər 6 dəfə qarşılaşıb.

 

Hərəyə 2 qələbə qazanan komandalar iki dəfə heç-heçə edib. “Qəbələ” top fərqində üstündür – 10-8.

 

“Qırmızı-qaralar”ın bu matçlardakı bombardirləri Samuel Tetteh və Osama Xalayladır. Onlar hərəyə 2 dəfə fərqlənib.

 

Əvvəlki matçların üçü Premyer Liqa, üçü kuboka təsadüf edib. Çempionatda bir heç-heçəsi olan “Qəbələ” iki görüşdən xalsız ayrılıb. Bu qarşılaşmalarda 2 qol vuran futbolçularımız 7 top buraxıb.

 

“Qəbələ” üç ev oyunundan ikisində qalib gəlib, birindən məğlub ayrılıb. Öz meydanında 8 qol vuran komandamız 4 top buraxıb.

 

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” oyunu saat 16:00-da başlayacaq.

 

2022/23 mövsümü

22.11.2022. Azərbaycan kuboku. Qəbələ - Araz-Naxçıvan - 5:0

Məqsəd İsayev, 30; Ramon Maçado, 56; İsnik Alimi, 60; Felipe Santos, 63; Ülvi İsgəndərov, 74

2023/24 mövsümü

12.08.2023. Premyer Liqa. Araz-Naxçıvan - Qəbələ - 2:0

İsmail Azzaui, 17; Elvis Maşike, 83

22.10.2023. Premyer Liqa. Qəbələ - Araz-Naxçıvan - 1:4

Samuel Tetteh, 37 // Turan Manafov, 32; Kadiri Mohammed, 45; Elvis Maşike, 69; Miço Kuzmanoviç, 72

31.01.2024. Azərbaycan kuboku. Araz-Naxçıvan - Qəbələ - 1:1

Elvis Maşike, 45 // Samuel Tetteh, 11

09.02.2024. Azərbaycan kuboku. Qəbələ - Araz-Naxçıvan - 2:0

Osama Xalayla, 39; Urfan Abbasov, 42

16.03.2024. Premyer Liqa. Araz-Naxçıvan - Qəbələ - 1:1

Numan Kurdiç, 43 // Osama Xalayla, 67