“Qəbələ” – “Araz-Naxçıvan” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 17 May 2024 | 12:321078
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasının XXXV turunun təyinatları açıqlanıb. Mayın 17-19-da baş tutacaq görüşlərin hakimləri bəlli olub.

 

“Qəbələ”nin “Araz-Naxçıvan”la ev matçının təyinatları da müəyyənləşib. Turun son günündə keçiriləcək qarşılaşmanın baş hakimi Elvin Bayramov olacaq.

 

Qeyd edək ki, mayın 19-da Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXV tur

19 may

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu