«Yaxşı ki, hər şey istədiyimiz kimi bitdi»
Xəbərlər / 15 Sentyabr 2013 | 22:19244
«Yaxşı ki, hər şey istədiyimiz kimi bitdi»

Premyer Liqanın VI turu çərçivəsində baş tutan AZAL-"Qəbələ" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

"Uzun fasilədən sonra oynamaq hər zaman çətin olur. Nəzərə almaq lazımdır ki, komandamız sintetik örtüklü meydançada məşq edirdi. Rəqibimiz çox güclü idi. Onlar son oyunlarda ardıcıl qələbələr qazanmışdılar. Fiziki cəhətdən güclüdürlər. Müdafiədən hücuma çox sürətli çıxırlar. Necə deyərlər, çox çətin rəqib idi. Yaxşı ki hər şey istədiyimiz kimi bitdi və biz 3 xala sahib olduq. O ki qaldı bizim oyunumuza tam gücümüzü göstərə bilmədik".