«Yaxşı mübarizə apardıq»
Xəbərlər / 1 Oktyabr 2015 | 22:22156
«Yaxşı mübarizə apardıq»

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar” (Rusiya) – “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Oyunun nəticəsindən narazıyam. Səfərdə belə güclü rəqiblə yaxşı mübarizə apardıq. Belə qarşılaşma bizim üçün bir sınaq oldu. Səhvlərimizdən nəticə çıxarmağa çalışacağıq. Oyunun ilk yarısında istədiyimiz futbolu göstərə bilmədik. Komandamızın hansı amillərdə rəqibdən geri qaldığını görüb, hücumu başlamaqla bağlı problemin həlli üçün əvəzetmələrə əl atdım. Bunun da bəhrəsini gördük. Rəqib də dəyişikliklərdən sonra sürətli əks-hücumlara başladı və qarşılaşmanın sonlarında bunun nəticəsində qol vurdular. Oyunun gedişi qalib gələ biləcəyimizi göstərdi. Bu üzdən hesabı qorumağa deyil, qələbə qazanmaq üçün oynadıq. Lakin rəqib dəyişiklik etdikdən sonra ustalığını nümayiş etdirib, qələbə qolunu vurdu”.