“Yaxşı oyun göstərdik”
Xəbərlər / 3 Noyabr 2025 | 22:4315964
“Yaxşı oyun göstərdik”

Misli Premyer Liqasının X turunun “Sabah” – “Qəbələ” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:

 

“Futbolçularıma təşəkkür edirəm. Bu gün yaxşı oyun göstərdik. Artıq neçənci oyundur ki, bəxtimiz gətirmir. Bir çox matçlarda belə olub. Əminəm ki, qarşıdakı oyunlarda bəxt də bizim tərəfimizdə olacaq. Birinci hissədə yaxşı oyun göstərdik. Standart vəziyyət zamanı buraxdığımız bir səhv qolla nəticələndi. İkinci hissədə futbolçular daha yaxşı xarakter göstərdi. Bəlkə də, bu əzmkarlığı ilk hissənin əvvəllərində etsəydik, nəticə başqa cür ola bilərdi. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. İkinci hissədə bir qədər irəlidə çoxaldıqca rəqibin də əks hücumları oldu. Hansı ki, bu da normal haldır. Futbolçularıma bir daha təşəkkür edirəm. Əgər oyun olmasa, başqa cür düşünə bilərik. Lakin görürük ki, oyun var. Buna görə də, əminəm ki, nəticə mütləq gələcək. Sonda “Sabah” komandasını qələbə münasibətilə təbrik edirəm”.