Yeddi futbolçumuz Azərbaycan yığmasında 
Xəbərlər / 15 İyun 2024 | 16:29325
Yeddi futbolçumuz Azərbaycan yığmasında 

“Qəbələ”nin yeddi futbolçusu Azərbaycanın U-16 yığmasına çağırılıb. Onlar 16 yaşadək futbolçulardan ibarət millinin təlim-məşq toplanışında iştirak edəcək.

 

Əli Novruzzadə, Şəhriyar Mehbalıyev, Sübhan Rzayev, Ülvü Əkbərov, Allahverdi Şirinov, Ömər Yusifli və Nahid Ramazanovun yer aldığı yığma iyunun 18-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Bakıda təşkil olunacaq hazırlıq seleksiya xarakteri daşıyacaq.