Yeddi futbolçumuz U-17-də
Xəbərlər / 4 İyun 2021 | 09:54179
Yeddi futbolçumuz U-17-də

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. İyunun 4-dən 9-dək keçiriləcək hazırlıq prosesi Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq. U-17-nin toplanışında “Qəbələ”nin 7 futbolçusu iştirak edəcək. Bunlar Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə, Okan Təhməzli, Sənan Ağalarov və Eşqin Əhmədovdur. Millimiz hazırlıq çərçivəsində iyunun 5-də və 8-də gürcüstanlı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.