18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində “Qəbələ”nin 7 oyunçusu iştirak edəcək. Murad Musayev, Samir Ağayev, Ravil Qafarov, Şahin Şahniyarov, Okan Təhməzli, Eşqin Əhmədov və Sənan Ağalarov Bakıda keçiriləcək toplanışa qatılacaq. Hazırlıq aprelin 23-dən mayın 2-dək baş tutacaq.