«Yekun hissədən daha yaxşı istifadə etdik»
Xəbərlər / 2 May 2014 | 17:59191
Premyer Liqanın XXXIII turu çərçivəsində baş tutan "Neftçi"-"Qəbələ" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "İlk növbədə turnir cədvəlindəki yerimizi yaxşılaşdırmağa çalışırıq. Psixoloji cəhətdən qələbənin bizim üçün çox böyük önəmi var idi. Matç çox gərgin, qarşılıqlı hücumlar və bərabər mübarizə şəraitində keçdi. Hər iki komandanın qalib gəlmək imkanı var idi. Amma biz yekun hissədən daha yaxşı istifadə etdik. Kubokun finalına hələ çox qalıb. Ayın 7-də növbəti çempionat oyunumuz var, hazırda onu düşünürəm. Rəqiblə bu mövsüm artıq 4 dəfə qarşılaşmışıq, bir-birimizdən gizlətməli heç nəyimiz yoxdur. Gözəl oyun olacaq, əsas odur ki, azarkeşlər tribunaları doldursun. Mənim istefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb. Müqaviləmiz var, rəhbərliklə normal münasibətdəyik, işimə davam edirəm”.