Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb. 2002-2003-cü il təvəllüdlü boksçuların 4 günlük mübarizəsində “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurlu çıxış ediblər. Boksçularımız birincilikdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Nihad Ağakişiyev 44 kq, Nurlan Qasımov 70 kq çəki dərəcəsində bütün rəqiblərin qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinalda mübarizəni dayandıran Əli Mirzəyev 50 kq, İlqar Tarverdiyev isə 52 kq çəki dərəcəsində bürünc medal qazanıb. “Qəbələ” komanda hesabında 2-ci yeri tutub.
Xatırladaq ki, 14 çəki dərəcəsi üzrə baş tutan yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.