“Qəbələ” İdman Klubunun cüdoçuları yeniyetmələr arasında Azərbaycan birinciliyində uğurla çıxış ediblər. 2005-06-cı il təvəllüdlü idmançıların yarışında “Qəbələ” rayon bölməsinin 4 cüdoçusu tatami üzərinə çıxıb. Təmsilçilərimizdən ikisi birinciliyi fəxri kürsüdə başa vurmağa nail olub. 73 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Cabbarov keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Azərbaycan çempionu adına yiyələnib. 42 kq çəki dərəcəsində qüvvəsini sınayan Sübhan Mirzəyev finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici qarşılaşmada uduzan cüdoçumuz gümüş medala yiyələnib. Hər çəkidə 70-80 cüdoçunun mübarizə apardığı ölkə birinciliyində bir qızıl və bir gümüş medala yiyələnən Qəbələ idmançıları rayon komandaları arasında ən yaxşı nəticə göstərib.