Yeniyetmələr arasında cüdo turniri keçirildi
Xəbərlər / 26 Sentyabr 2022 | 14:37266
Yeniyetmələr arasında cüdo turniri keçirildi

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo turniri keçirilib. Şamaxı Olimpiya Mərkəzində baş tutan yarışda 2010-11-ci il təvəllüdlü yeniyetmələr qüvvəsini sınayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan turnirin açılış mərasimində dövlətimizin müstəqilliyi, xalqımızın suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının - Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hikmət Şikarov, Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun atası Faiq Ələkbərov, Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı RİH başçısının Şamaxı şəhər İƏD üzrə nümayəndəsi Asif Şirəliyev, klubumuzun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin zabiti Cavid Dadaşov çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarından 270 idmançı iştirak edib. Turnirin qalibləri və mükafatçıları müvafiq diplom və medallarla təltif ediliblər.