«Yensen de, yenilsen de» verilişinin Qəbələ buraxılışı - VİDEO
Xəbərlər / 7 İyun 2013 | 05:38414
«Yensen de, yenilsen de» verilişinin Qəbələ buraxılışı - VİDEO

Xəbər verdiyimiz kimi Türkiyənin ən reytinqli televiziya kanallarından olan və II Qəbələ Kubokunu işıqlandıran NTV Spor "Yensen de, yenilsen de" verilişinin ötən həftəki bölümünü  turnirə və "Qəbələ" İdman Klubuna həsr etmişdi. "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovla müsahibənin yer aldığı yüksək reytinqə malik verilişin qonaqları "Qəbələ" İdman Klubunun prezidentinin müşaviri, əfsanəvi futbolçu Toni Adams, "Qəbələ" Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş, Hollandiya futbolunun tanınmış simalarından olan və "Feyenoord"un U-15 komandasına rəhbərlik edən Roy Makaay, "Qəbələ" Futbol Akademiyasının yeni direktoru Stenli Brard, "Beşiktaş"ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktar və "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı olmuşdu. Tanınmış aparıcılar Bağış Erten və Banu Yelkovanın verilişində həmçinin "Qəbələ", Feyenoord", "Beşiktaş" və "Şaxtyor"u təmsil edən futbolçular da iştirak etmişdilər. Sözügedən verilişin videoyazısını diqqətinizə çatdırırıq.