Yoxlama oyununda 3 qol
Xəbərlər / 10 Oktyabr 2020 | 20:25213
Yoxlama oyununda 3 qol

“Qəbələ” – “Sumqayıt” – 1:2

(Rodriqo Qattas//Camaləddin Xocaniyazov, Cavid İmamverdiyev)

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib. “Qırmızı-qaralar” “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. Baş məşqçi Elmar Baxşıyev bu matçda aşağıdakı start “11-liy”inə şans verib: Tərlan Əhmədli, Sadiq Quliyev, Yurgen Qoxa, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev, Asif Məmmədov, Kamal Mirzəyev, Cavid Hüseynov, Yaovi Akakpo, Roman Hüseynov, Rodriqo Qattas.

Qarşılıqlı hücumlarla keçən matçda bütün qollar ilk yarıda vurulub. Oyunda hesabı “qırmızı-qaralar” açıb. Rodriqo Qattas fərqlənib. Lakin üstünlüyünü qoruya bilməyən komandamız iki top buraxaraq yoxlama görüşündən 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Qarşılaşmanın gedişində Ceyms Adeniyi, Ülvi İsgəndərov, Samir Qurbanov və “Qəbələ”nin U-19 komandasından əsas heyətə cəlb edilən bir neçə futbolçu meydana daxil olub. 

Xatırladaq ki, “Qəbələ” sabah daha bir yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” Bakıda “Neftçi” ilə üz-üzə gələcək.