“Zaqatala” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Mart 2025 | 12:33201
“Zaqatala” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

I Liqada II dövrənin son təyinatları açıqlanıb.

 

Martın 12-14-də baş tutacaq XVIII turun görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin “Zaqatala” ilə səfər matçının təyinatları da müəyyənləşib.

 

Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Rasim Axundov və Asif Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.

 

Qeyd edək ki, martın 13-də Zaqatala OİK stadionunda keçiriləcək “Zaqatala” – “Qəbələ” matçı saat 15:00-da başlayacaq.