Bu həftə Topaz Premyer Liqasında XIX turun matçları keçiriləcək. “Qəbələ” səfərdə “Zirə” ilə görüşəcək. Bu, komandaların mövsümdə 3-cü qarşılaşması olacaq. Əvvəlki iki oyunda yalnız 1 qol vurulub. “Zirə” I dövrədəki ev görüşündə 1:0 hesabı ilə qalib gəlibsə, II dövrədəki matçda qolsuz sülh qeydə alınıb.
Ümumilikdə isə “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 17-ci dəfə üz-üzə gələcək. Əvvəlki 16 matçda “Qəbələ” üstünlüyə malikdir. Komandamız 6 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən futbolçularımız 14 qol buraxıb. “Qırmızı-qaralar”ın 22 qoluna 14 futbolçu imza atıb. Aleksey Qay hamıdan çox - 4 dəfə fərqlənibsə, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.
2 dəfə kubokda görüşən rəqiblər Premyer Liqada 15-ci duelə çıxacaq. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda komandamız 15, rəqibi 12 qol vurub.
“Qəbələ” səfərdə keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə meydandan məğlub ayrılıb. Paytaxt təmsilçisinin meydanında top fərqi “qırmızı-qaralar”ın xeyrinədir – 11:8.
Xatırladaq ki, “Zirə” - “Qəbələ” görüşü martın 3-də baş tutacaq.
2015/16 mövsümü
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84
09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79
2016/17 mövsümü
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61
2017/18 mövsümü
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. - Stiven Monroz, 78
2018/19 mövsümü
05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86
02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0