Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. “Qəbələ” turun ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” Bakıda “Zirə” ilə qarşılaşacaq. Bu görüş iki komanda arasında ümumilikdə 21-ci matç olacaq. İndiyədək rəqiblər 20 dəfə üz-üzə gəlib. Bu oyunların səkkizində qalib gələn “Qəbələ” eyni sayda heç-heçə edib və yalnız dörd dəfə uduzub. Bu üstünlük top fərqində də əks olunub. 29 qol vuran futbolçularımız 17 top buraxıb. Aleksey Qay komandamızın bu görüşlərdəki ən yaxşı bombardiridir – 4 qol.
Əvvəlki 20 matçdan ikisi kubok, digərləri çempionat çərçivəsində baş tutub. Premyer Liqadakı 18 oyunda altı dəfə 3 xala sevinən “qırmızı-qaralar” səkkiz dəfə 1 xalla kifayətlənib. Komandamız dörd dəfə meydanı məğlub tərk edib. Çempionatda 22 qol vuran “Qəbələ” 15 top buraxıb.
10 səfər görüşündə eyni sayda – 3 dəfə qələbə qazanan və məğlub olan “qırmızı-qaralar” dörd dəfə sülhlə dönüb. Top fərqi isə komandamızın xeyrinədir – 13:10.
2015/16 mövsümü
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84
09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79
2016/17 mövsümü
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61
2017/18 mövsümü
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. - Stiven Monroz, 78
2018/19 mövsümü
05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86
02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71
2019/20 mövsümü
06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65
30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0
Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70